"Qalatasaray"da böyük şok: ulduz futbolçu nə qərar verəcək?!

30 İyul 2014 13:07
"Qalatasaray"ın yeni baş məşqçisi Çezare Prandelli ulduz futbolçunun qarşısına sərt şəkildə şərt qoydu.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, o, zədəsini yeni sağaldan ulduz futbolçu Həmid Altıntopu tənqid edib. Təcrübəli məşqçi bildirib ki, onu bu şəkildə komandada oynada bilməz: "Ya komanda ilə bərabər olacaqsan, ya da oynatmayacam".

Qeyd edək ki, Prandelli "Qalatasaray"ın keçirdiyi 2 hazırlıq matçında Həmid Altıntopu oyuna buraxmayıb.

Milli.Az