Bu həbsxanada qadınlar qandalla dolaşırlar - FOTO

30 İyul 2014 14:29

ABŞ-ın Arizona ştatındakı "Estrella" həbsxanasında qadın məhbuslar fərqlidirlər. Çünki ölkənin yeganə qandallı məhbusları bu həbsxanada cəza çəkirlər.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, fotoqraf Skott Hyuston bu həbsxanada cəza çəkən qadınların fotolarından ibarət seriya hazırlayıb.

Ömürlük həbs cəzası almış qadınların saxlandıqları 12 m2-lik kameralar, təbii ki, çox darısqaldır. Məhbuslar yalnız həftəsonu 1 saat telefonla danışa bilərlər.
 

Onlar hər gün avtobuslara mindirilir, yol kənarındakı otların təmizlənməsinə və kimsəsizlərin cənazələrinin krematoriyalarda yandırılmasına aparılırlar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.