Dünya bazarlarında neftin qiyməti

30 İyul 2014 10:21
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,09 dollar bahalaşaraq 1 barelə görə 101,06 dollar təşkil edib.
 
APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar ucuzlaşaraq 107,45 dollar olub.

Milli.Az