Bakı metrosunda yeni biabırçılıq - YENİLƏNİB - FOTO

30 İyul 2014 18:43

18:43

Daha bir polisin Metropolitendə siqaret çəkməsini əks etdirən foto yayılıb. Feysbuk sosial şəbəkəsində "Sancaq" adlı səhifənin yazdığına görə, həmin foto bir neçə gün öncə "İnşaatçılar" metro-stansiyasında çəkilib.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis əvəzi, mayor Əliyev bildirib ki, yayılan foto ilə bağlı onlarda da məlumat var:


"Dediyiniz fotodan bizim də xəbərimiz var. Bu hal barəsində daxili nizamnaməyə uyğun olaraq tədbir görüləcək".

Qeyd edək ki, polis əməkdaşlarının metroda siqaret çəkməsi ilə bağlı bu günə qədər bir neçə foto yayılıb.

----------
10:03

Bakı metrosunda daha bir biabırçılıq


Sosial şəbəkədə daha bir ajiotaj yaradacaq şəkil yayılıb.

Milli.Az xəbər verir ki, facebook-da "SANCAQ production" səhifəsində paylaşılan şəkildə polisin açıq-aşkar metroda siqarət çəkdiyi görünür.

Paylaşılan şəkildə qeyd olunub ki, polisin başının üstündə "Metroda siqaret çəkmək qəti gadağandır" yazılıb.

Şəkil metronun "İnşaatçılar" stasnsiyasında çəkilib.

Həmin şəkli sizə təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.