Mourinyodan acı etiraf

30 İyul 2014 11:29

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Luka Modriçə zəng etdiyini etiraf edib. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçuya heyran olduğunu etiraf edib.

Madrid "Real"ını çalışdırdığı dövrdə Modriçi "Kral klubu"na gətirən Mourinyo məğlubiyyətlə barışdığını da bildirib: "Modriçin futbolçu keyfiyyətlərinə həmişə heyran olmuşam. Lakin telefon danışığımız fayda vermədi. Luka "Real"da qalmağı üstün tutdu".

Milli.Az