Luvr muzeyini siçovullar basdı - VİDEO

30 İyul 2014 10:36

Siçovullar günün günorta çağı cəsarətli şəkildə ot üzərində gəzişirlər

Fransada Parisin məşhur Luvr muzeyinin parkını sözün əsl mənasında siçovul basıb. Məlumata görə, artıq bir ilə yaxındır ki, parkda bu gəmiricilərin əlindən tərpənmək olmur.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, onlar xüsusilə isti aylarda fəallaşıb.
Şəhər administrasiyasının bildirdiyinə görə, artıq park ziyarətçiləri də siçovullara alışıblar. Ancaq bir çox xarici turistlər gəmiriciləri qorxu ilə qarşılayır.

Park Luvr muzeyinin balansındadır. Luvr rəhbərliyi artıq bir neçə ay siçovul probleminə qarşı mübarizə aparsa da, görülən işlər lazımı nəticə verməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.