Xirosimaya bomba atanların axırıncısı öldü

30 İyul 2014 09:44

Teodor Van Kirk 93 yaşına kimi yaşadı

1945-ci ildə Xirosimaya atom bombası atan B-29 "Enola Gey" qırıcısının axırıncı üzvü, ABŞ-da yaşayan Teodor Van Kirk 93 yaşında vəfat etdi.

Anspress-in məlumatına görə, mərhumun oğlu bildirib ki, onun ölümü 28 iyul tarixində ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində baş verib.

"Holland" ləqəbli Teodor Van Krik "Enola Gey"in şturmanı olub. Xirosimanın bombardmanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.

Xatırladaq ki, B-29 "Enola Gey" qırıcısı 1945-ci ilin 6 avqustunda Xirosimanın mərkəzinə "Körpə" adı qoyulmuş uran yüklü bomba atıb.

Bombanın trotil ekvivalenti 20 min ton təşkil edirdi. Partlayış təxminən yüz qırx min adamın həyatına son qoyub.

Milli.Az