Liviyadan qaçanlar suda boğuldular

30 İyul 2014 09:14
Liviya sahillərində qanunsuz mühacirləri daşıyan gəmi qəzaya uğrayıb.
 
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 20 nəfər ölüb, onlarla insan itkin düşmüş hesab edilir.
 
Mühacirləri daşıyan gəmidə İtaliya sahillərinə çatmaq istəyən 150 nəfər olub.  Axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az