Ərdoğana 10 milyon avro transfer təklifi

30 İyul 2014 09:18

"Baş nazirimiz siyasətdəki gücünü futbolda da nümayiş etdirdi"

Ötən həftə "Fatih Terim" adına stadionun açılışında futbol oynayaraq yüksək məhsuldarlıq nümayiş etdirən və ilk 15 dəqiqədə 3 qol vuran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana transfer təklifi gəlib.

Anspress-in xəbərinə görə, ötən gün telekanallardan birinə müsahibə verən "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav baş nazir Ərdoğanın futbol oynamağını xeyli tərifləyib.

Cavcav "Gənclərbirliyi"nin hücumçuya ehtiyacı olduğunu, komandaya gələcəyi təqdirdə Ərdoğana 10 milyon avro transfer pulu verə biləcəyini deyib.

"Vurduğu 3 qolla böyük qolkiper olduğunu göstərdi. Baş nazirimiz siyasətdəki gücünü futbolda da nümayiş etdirdi. Futbolu çox yaxşı bilir. Qolu çox effektiv vurur. Xüsusilə ayağının üzü ilə vurması və qapıçını çaşdırmasını bir çox peşəkar futbolçu edə bilməz. Gənclərbirliyi olaraq bir hücumçuya ehtiyacımız var. Cənab baş nazirə 10 milyon avro ilə transfer təklif edirəm. Bizim formamızla çox qol vurar və çempion olarıq".

Milli.Az