Azərbaycanda 4 maşın toqquşub, yaralılar var - YENİLƏNİB VİDEO - FOTO

30 İyul 2014 16:49
09:05

Gəncədə zəncirvari qəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Tural İbadovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil "VAZ 2107", "Opel" və "BMW"ni vurub.

Qəza nəticəsində Tural İbadov və sərnişini Ramin Məmmədov xəsarət alıblar. Yaralılar təcili yardım vasitəsi ilə Gəncə Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı Dövlət Yol Polisinin Gəncə Şəhər Şöbəsində araşdırma aparılır.

Milli.Az

-----------
16:49



---------
09:05

Videonu izləmək üçün şəklə klikləyin.