Bakı-Qazax yolunda ağır qəza, 10 yaralı

29 İyul 2014 23:36

Bakı-Qazax magistral yolunda ağır qəza baş verib. Qəza zamanı "Mercedes" və "Prado" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alıblar.
 

Milli.Az mediapost.az-a istinadən bildirir ki, ümumilikdə 10 nəfər ağır yaralanıb. Onlar təcili yardımla xəstəxanalarla çatdırılıblar. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 

Milli.Az