Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Bolu bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Ramazan bayramında Tovuz rayonunda ön cəbhədə yerləşən Əlibəyli və Ağdam kəndini ziyarət ediblər və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olublar. Burada Türkiyə nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərində yaşananlar barədə geniş məlumatlar verilib.Bolu bələdiyyə başqanı Əlibəylidə Azərbaycan əsgəri forması geydi, qürur duyuram dedi və əsgər salamı verdi