Vaqif Səmədoğlu daha yaratmır

29 İyul 2014 17:40

Xalq şairi bundan sonra müalicəsini Bakıda davam etdirəcək

Dövlət dəstəyi ilə İsraildə müalicə edilən xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən həmin ölkəyə getməyəcək. Xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilovanın anspress-ə açıqlamasında V.Səmədoğlunun müalicəsini Azərbaycanda davam etdirdiyini söyləyib:

"Həftədə 1-2 dəfə olmaqla müalicəsini Bakıda davam etdirir. Bir il İsraildə müalicə aldı və yekunlaşdı. İndi özü də zəiflədiyinə görə Bakıda müalicə alır. Vəziyyəti ortadır. Təbii olaraq yaradıclıqla da məşğul olmur".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

Milli.Az