Bakıda mənzil yandı - YENİLƏNİB

29 İyul 2014 15:15

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb


15:15


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Şirvani küçəsi - 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğına ilkin ehtimala görə qısaqapanma səbəb olub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.


----------
12:54

Bakıda yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az