Çoxdan gözlənilən film artıq hazırdır - VİDEO - FOTO

29 İyul 2014 13:38
Rejissor Piter Cekson "Hobbit: beş ordunun savaşı" filminin treylerini təqdim etməyə hazırlaşır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə rejissor özü jurnalistlərə bildirib. Onun sözlərinə görə, treyler oktyabra qədər təqdim olunacaq. Ancaq şəbəkədə filmin ilk görüntüləri yayılıb.

Sevilən personajları yenə də Martin Friman, Evancelin Lilli, Orlando Blum, Keyt Blanşet, İen MakKellebLyuk Evans ifa ediblər.

Macəra janrındakı saqanın üçüncü və final hissəsi cəsarətli hobbit, elflər, cırtdanlar və insanların macəralarından bəhs edir. Bundan əvvəlki seriyada əjdaha Smauqu qəzəbləndirən qəhrəmanlar indi Erebor krallığını qorumalıdırlar. Elə həmin vaxt da orklardan ibarət ordu krallığa hücum edir.

Dekabr ayında ekranlara çıxacaq film bir çox özəl effektlərlə də müşayiət olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.