Şou-biznesin tanınmış simaları öz sözlərinin üstündə dayandılar - FOTO

29 İyul 2014 13:09
Milli.Az bildirir ki, şou əhli bir müddət əvvəl söz verdiyi kimi Ramazan ayında əqli və fiziki qüsurlu uşaqlar evinə baş çəkib.

Prodüser Cavid Rəbbaninin təşkilatçılığı ilə Mərdəkanda yerləşən uşaq evinə baş çəkən şou-biznesin tanınmış simaları bu xoş gündə azacıq da olsa, onların üzlərində təbəssüm yarada biliblər.

Müğənnilər arasında Zamiq Hüseynov, Günay İbrahimli, Manaf Ağayev, Azad Şabanov, "Cahan" qrupu, Yaşar Cəlilov, reper Qurd olublar. Bu günün aparıcılığı isə Cavid Gülə həvalə olunub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.