Bayram günü Əfqanıstan prezidentinin əzizini öldürdülər

29 İyul 2014 12:55
Əfqanıstan prezidenti Həmid Karzainin əmisi oğlu qətlə yetirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qəndəhar şəhəri yaxınlığında baş verib.

Terrorçu kamikadze Haşmat Kərzainin evinə qonaq qismində gəlib. Onunla salamlaşarkən türbanın altındakı partlayıcı qurğunu işə salıb. Haşmatdan başqa heç kim həlak olmayıb.

Milli.Az