Nejat İşler özünü məhv edir - FOTO

29 İyul 2014 13:51

Türkiyənin ən populyar və istedadlı aktyorlarından biri olan Nejat İşler həkimlərin xəbərdarlıqlarına rəğmən zərərli vərdişlərindən əl çəkmir.
 

Məruz qaldığı septik şokdan sonra uzun müddət xəstəxanada yatan, həftələrlə reanimasiya bölməsində qalan aktyor yenə də siqaret çəkir, içki içir.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Nejat İşler 95 gün reanimasiya bölməsində qalandan sonra evə buraxılmış, amma sağ əlinin barmaqlarında yenidən qanqrena başlamışdı. Sağ əlinin barmaqlarının ucu kəsilən aktyor bir daha spirtli içki içməyəcəyinə and içsə də, andını pozub.
 

Bodrum vilayətindəki Gümüşlük kurortunda yerləşən "Club Gümüşlük"də artıq iki gündür ki, Nejat İşler əyyaşlıq edir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.