Ukrayna separatçıları Moskvaya qaçırlar

29 İyul 2014 10:51
Ukrayna ordusu Donetsk vilayətinin Avdeyevka qəsəbəsinə daxil olublar. Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, Donetsk şəhərində 6 km şimalda yerləşən qəsəbə tamamilə ordunun nəzarətinə keçib. Şahidlərin sözlərinə görə, sağ qalan separatçılar qaçmaqla canlarını qurtarırlar.

Bundan başqa, Ukrayna əsgərləri Stepanovka qəsəbəsini də azad ediblər.

Beləliklə, ordu qüvvələri vilayətin daha da dərinliyinə giriblər. Separatçı "Donetsk xalq respublikası"nın "baş naziri" Aleksandr Boroday Rusiyaya qaçıb. Onun yerinə isə keçmiş dövlət təhlükəsizliyi naziri Vladimir Antyufeyev keçib.

Milli.Az