Gənclərdən unikal Ramazan bayramı təbriki - VİDEO

29 İyul 2014 10:28

"Ramazan ayı bitsə belə, yaxşılıqlar davam edir"

Azərbaycanlı gənclər "Ramazan ayı bitsə belə, yaxşılıqlar davam edir" mesajlı yeni videoçarx hazırlayıblar.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bir qrup inanclı gənc mübarək Ramazan ayı bitsə də, yaxşılıqların davam etdirilməsini və vacibliyini göstərmək məqsədilə bir araya gələrək uğurlu bir iş həyata keçiriblər.

Klipin rejissorluğunu Orxan Bektaş, prodüserliyini isə Muhamməd Abdullah icra edib.

Klipdə çəkilən aktyor və aktrisalar bunlardır: Rasim Məmmədov, Pərvinə Quliyeva, Zemfira Sadıqova, Leyla İbrahimli, Eltən Əlizadə, Vidadi Məmmədov, Əliəkbər Həsənzadə, Vidadi Bağırov, Kumeyl Əlizadə, Yusif Mikayılov, Gülsurə Kərimova, Gülşən Xanım.

Sözügedən videoçarxı sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.