Fətullah Gülənə Rusiyadan da zərbə

28 İyul 2014 09:22
ABŞ-dan sonra Rusiyada da Fətullah Gülən camaatına aid fond məktəbinin fəaliyyətinə xitam verilib.

Anspress-in məlumatına görə, "Atlantik Beynəlxalq Təhsil Mərkəzi" adı ilə Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Gülən camaatına məxsus müəssisənin fəaliyyət göstərmək haqqında icazə hüququ Rusiya Təhsil Nazirliyi tərəfindən ləğv edilib.

Qurumun bütün fəaliyyətlərinə son verildiyi bildirilir. Bu barədə Moskva şəhər təhsil idarəsi də məlumat verib. Təhsil idarəsindən bildirilib ki, 27 iyun 2014-cü il tarixindən etibarən "Atlantik"in fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərində də Fətullah Gülən camaatı ilə əlaqəli olan 2 məktəb maliyyə hesablarını düzgün yerinə yetirməməsi səbəbilə iyulun 12-də bağlanılmışdı.

Milli.Az