Dolğun dodaqlar üçün təbii vasitələr

26 İyul 2014 17:07
Hər qadının xəyal etdiyi dolğun dodaqlara sadəcə əməliyyatla deyil, eyni zamanda təbii və praktik qarışıqlarla da sahib olmaq mümkündür.
 
Milli.Az ailem.az-a istinadən həmin qarışıqları təqdim edir.
 
Zəncəfili 1 çay qaşığı vazelin və yarım çay qaşığı bal şamı ilə qarışdırın. İçinə bir miqdar zəncəfil, qırmızı bibər və 2 damcı nanə ekstraktı əlavə edib, bu qarışığı dodaqlarınıza sürtün. Təsirini özünüz hiss edəcəksiniz.
 
Maye halında olan dodaq boyalarınızın içinə bir miqdar darçın yağı əlavə edə bilərsiniz. Eyni zamanda  6 damcı darçın yağı, 5 xörək qaşığı zeytun yağı, 1 ədəd E vitamin kapsulunu əlavə edərək hazırladığınız qarışığı dodaqlarınıza sürtün.
 
Acı bibər, 1 xörək qaşığı vazelin, 2 damcı nanə yağı, bir qədər darçın ilə hazırlayacağınız qarışıq dodaqlarınızı qalınlaşdıracaq.
 
1 xörək qaşığı bal, yarım xiyar, 1 xörək qaşığı qatıq ilə hazırladığınız qarışığı 15 dəqiqə saxlayıb sonra dodaqlarınıza sürtün. Dodaqlarınız həm nəmlənəcək, həm də dolğunlaşacaq.
 
1 yumurta sarısı  və 5 qram unu qarışdırın. Qarışığı dodaqlarınıza sürtüb, 10 dəqiqə saxlayın. Dodaqlardakı ölü dərini atan və nəmləndirən bu qarışıq, dodaqlarınızı həm də dolğunlaşdıracaq.

Milli.Az