İranın müdafiə naziri: "İŞİD İran üçün təhlükə deyil"
26 İyul 2014 11:03
İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşması İran üçün təhlükə hesab olunmur. Bunu İranın müdafiə naziri, general Hüseyn Dehqan deyib.
Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
H.Dehqan deyib ki, İŞİD terror qruplaşmasının üzvləri muzdlu yaraqlılardırlar və Suriyada törətdikləri cinayətlərdən sonra İraqa giriblər. Onlar bölgədə qorxu hissləri yaratmaq istəyirlər.
H.Dehqan deyib ki, İŞİD İran üçün təhlükə deyil və İraq xalqı bu qruplaşmanı tezliklə məhv edəcək.
Milli.Az