Internet Explorer-in problemləri 100 faiz artıb

25 İyul 2014 23:12
Bromium Labs şirkəti cari ilin ilk altı ayında ictimaiyyətə məlum boşluq və eksploytları təhlil edib. Tədqiqat çərçivəsində müəyyən olunub ki, Internet Explorer brauzerində boşluqların sayı 2013-cü illə müqayisədə 100 faiz artaraq Java və Flash brauzerlərindəki boşluqların sayını ötüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət mütəxəssisləri tərəfindən hakerlərin daha çox Internet Explorerə hücum etmələri məlum olub. Brauzerdə boşluqların artım tendensiyasını şirkət tərəfindən proqram təminatı üçün yenilənmələrin buraxılması da sübut edir.

Java brauzerində 2013-cü ildə boşluqların sayı azalıb. Cari ilin ilk altı ayında Javada boşluqlar üçün eksploytlar aşkarlanmayıb. Internet Explorer və Flash brauzerlərinə hücumlar edilən zaman Action Script Sprays - ünvan məkanı sxemlərinin təsadüfi yerləşdirilməsini buraxmağa imkan verən texnikadan istifadə olunub.

Bromium Labsın İT üzrə mütəxəssisi Rahul Kaşyap bildirib ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin vəzifələrindən biri cinayətkarlar tərəfindən daha çox hücuma məruz qalan internet istifadəçilərinin mühafizəsinin təminidir.

Milli.Az