Bentley ən sürətli krossover yaradacaq

25 İyul 2014 23:53
Milli.Az auto.az-a istinadən bildirir ki, "Bentley" Britaniya şirkəti "dünyada ən sürətli yolsuzluq avtomobili" təqdim etməyə hazırlaşır. Brendin satış və marketinq üzrə direktoru Kevin Rouzun verdiyi məlumata görə, buna yeniyin komplektləşdiriləcəyi W12 turbodizeli sayəsində nail olmaq mümkün olacaq.

İlkin məlumatlara görə, "Bentley"-dən olan krossover "Falcon" adlanacaq. Avtomobilin əsas rəqibləri "BMW X5 və X6 M" "Porsche Cayenne Turbo S" və "Range Rover Sport SVR" olacaq. Yolsuzluq avtomobili 2016-cı ildə satışa çıxarılacaq, "Volkswagen" müəsisəsində deyil, başqa "Bentley"-lər kimi Kryu şəhərində yerləşən zavodda buraxılacaq.

Əvvəllər "Bentley"-nin baş mühəndisi - Rolf Freç - yeni krossoverin bəzi təfərrüatlarını açıqlayıb, üçüncü sıra oturacaqları barədə ayrıca məlumat vermişdi: əvvəllər şirkət rəhbərliyinin bu qərarı bəyəndiyi bildirilirdi.

Milli.Az