Bayraq meydanında qəza

25 İyul 2014 09:14

Hadisəyə "Mitsubishi" markalı avtomobilin yolun əks istiqamətinə çıxması səbəb olub

Səbail rayonu Bibiheybət yolunda, "Bayraq meydanı" yaxınlığında yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə zamanı "Mitsubishi" və "Mercedes" markalı iki minik avtomobil toqquşub ki, nəticədə "Mercedes"in sürücüsü yüngül bədən xəsarəti alıb.

Şahidlərin sözlərinə görə, hadisəyə "Mitsubishi" markalı avtomobilin yolun əks istiqamətinə çıxması səbəb olub.

Hər iki sürücü izahatlarının alınması üçün polis orqanına dəvət edilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır. Qəzaların dəqiq baş vermə səbəblərinə ekspertizaların nəticələri aydınlıq gətirəcək.

Milli.Az