İranlıların Azərbaycana gətirdiyi kürsüdən tiryək çıxdı
İran vətəndaşlarının Azərbaycana gətirdiyi kürsülərdən 45 qram tiryək çıxıb.
Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib.
Baxış zamanı 5 ədəd kürsünün içərisində - arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə - tiryək aşkar edilib.