Futbolçuları daşıyan avtobusdan 400 kilo nəşə çıxdı

24 İyul 2014 15:19
Paraqvayın uşaqlardan ibarət futbol komandası Çiliyə gedərkən sərhəddə saxlanlıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, komandanı daşıyan avtobusdan 400 kq marixuana tapılıb.

Cəmi 14 və 15 yaşı olan komanda üzvlərinin valideyinləri də, məşqçi də dələduzluğun qurbanı olub. Bir nəfər onlara Çilidə keçiriləcək yarışda iştirak etmək üçün futbol klubu formalaşdırmaq təklif edib. Onları Çiliyə aparan avtobusla isə narkotik maddə daşımağa çalışıb.

Avtobusun sürücüsü və sahibi artıq saxlanılıb.

Milli.Az