Resursların ötən illə müqayisədə ballarını artırmasına baxmayaraq onlar sosial şəbəkələr reytinqinin ən aşağı pillələrində qərarlaşıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqin lideri il ərzində göstəricisini 4 bal artıraraq 76-ya çatdıran Pinterest sosial şəbəkəsi olub. Sonrakı yerdə 74 balla Wikipedia internet ensiklopediyası (göstərici 4 bənd azalıb) qərarlaşıb. YouTube videohostinqi istifadəçilərin məmnunluq göstəricisi üzrə 73 bal toplayıb, Google+ sosial şəbəkəsi 71 balla əvvəlki mövqeyində qalıb. Twitter 4 bənd əlavə etməklə 69 bal toplayıb, lakin Facebook və LinkedIn şəbəkələrindən çox uzaqlaşa bilməyib.
İnternet axtarış sistemləri arasında istifadəçilər daha çox Google (83 bal), Bing və MSN-dən (hərəyə 73 bal) razı qalıblar. Reytinqi Yahoo! (71 bal) və AOL (70 bal) tamamlayır. ABŞ istifadəçilərinin axtarış sistemlərinin işindən orta məmnunluq indeksi 80 bal qiymətləndirilib.
Milli.Az