Qızları oğurlanan valideynlər ölürlər

23 İyul 2014 15:43
Nigeriya prezidenti Goodluck Jonathan ilk dəfə Boko Haram yaraqlılarının 100 gün qabaq oğurladığı məktəbli qızların valideynləri ilə görüşüb.

200-ə yaxın valideyn prezidentlə görüşdə iştirak edib. Qızların oğurlanmasından sonra 11 valideyn ölüb.

Boko Haram girovların həbs olunmuş döyüşçülərlə dəyişdirilməsini istəyir.

Prezident G.Jonathan bu tələbi rədd edib.

Milli.Az