İsrailə böyük zərbə

23 İyul 2014 13:46

Fələstinin Qəzzə bölgəsini idarə edən HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl Qəssam dəstələri"nin döyüşçüləri İsrail Hərbi-Hava Qüvvələrinin F-16 qırıcı-bombardmançı təyyarəsini vurublar.
 

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İsrail təyyarəsi Qəzzanın mərkəzindəki Deyr əl Bəlah bölgəsinin səmasında olarkən vurulub.

HƏMAS-in açıqlamasına görə, İsrailin Qəzzada "Sarsılmaz qaya" adlı hərbi əməliyyatlara başladığı iyulun 8-dən bəri israillilərin 3 pilotsuz təyyarəsini də vurublar.
 

İsrail Müdafiə Nazirliyi olayla bağlı açıqlama ilə çıxış etməyib.
 

Milli.Az