Jeep sürənlər, diqqətli olun! Ciddi problemlər var
23 İyul 2014 13:39
İtaliyanın "Fiat" konserni tərəfindən idarə olunan Amerikanın "Chrysler" şirkəti ötən gün 800 min ədəd Jeep modelindən olan avtomobilin geri çağırıldığını elan edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu avtomobillərin işə salma açarlarında ciddi problemlər var. Bu aksiya, əsasən, 2006-2007-ci illərdə buraxılan "Jeep Commander" və 2005-2007 "Jeep Grand Cherokee" modellərinə şamil edilir.
"Chrysler"-in bəyanatında qeyd olunur ki, bu nasazlıq ucbatından kilid anidən çevrilə bilər ki, bu da mühərrikin sönməsinə və maşının əyləclənməsinə səbəb olar bilər.
Milli.Az