Dekabrın 4-nə olan hava proqnozu
4 Dekabr 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11, gündüz 13-15 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında gecə 1-4, gündüz 18-23 dərəcə isti olacaq.
Yuxarı Qarabağ, Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəy zonalarında gecə 4-8 dərəcə şaxta, gündüz 17-22 dərəcə isti olacaq.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonalarında gecə 5-10, gündüz 14-18 dərəcə isti olacaq.
Balakən-Şəki-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Quba-Qusar-Xaçmazda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
Mərkəzi Aran, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Neftçala rayonlarında gecə 7-11, gündüz 15-20 dərəcə isti gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik zonasında gecə 9-12, gündüz 17-20 dərəcə isti gözlənilir.
Milli.Az