Fransada qəzada 5 uşaq öldü

22 İyul 2014 21:22
Fransada baş vermiş ağır yol qəzasında 5-i uşaq olmaqla 6 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, insident paytaxt Parisdən 159 km cənub şərqdə yerləşən Kurtranj yaşayış məntəqəsində baş verib.

İlkin məlumata görə, uşaqları daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
 

Milli.Az