Bakıda boya sexində yanğın: iki qadın zəhərləndi

22 İyul 2014 19:25
Bakının Nizami rayonunda vətəndaşa məxsus boya sexində yanğın hadisəsi baş verib
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ümumi sahəsi 12 kv.m olan boya sexinə bitişik olan çörəkbişirmə sexində işləyən, şəxsiyyətləri məlum olmayan iki qadın tüstüdən zəhərlənib.

Onlar Təcili Yardım Xidmətinə təhvil veriliblər. Obyektlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az