İlin ən yaxşı regional televiziya kanalı seçildi
22 İyul 2014 18:38
"Qafqaz -Media" İctimai Birliyinin Milli Mətbuatın yaranmasının 139 illiyi münasibəti ilə təşkil etdiyi mükafatlandırma mərasimini baş tutub. Milli.Az xəbər verir ki, Kəpəz televiziyası "İlin ən yaxşı regional televiziya kanalı" seçilib.
Qeyd edək ki, "Qafqaz - Media" İctimai Birliyi 2004-cü ildən fəaliyyət göstərir və hər il kütləvi informasiya vasitələrində xidmətinə görə bir qrup mətbuat işçisini mükafatlandırır. Bu il də öz ənənəsinə sadiq qalan "Qafqaz - Media" müxtəlif nominasiyalar üzrə Azərbaycan və Azərbaycandan kənarda olan televiziya, televiziyanın müxtəlif janrları üzrə verilişləri, radio kanalları, qəzet, jurnallar və s. mükafatlandırıb.
Qeyd edək ki, "Qafqaz - Media" İctimai Birliyi ötən il də televiziyamızın iki əməkdaşını təltif edib.
Milli.Az