32 yaşlı kişi Kür çayında batdı

22 İyul 2014 18:30
Şirvan şəhər sakini Kür çayında batıb
APA-nın xəbərinə görə, hadisə bu gün 16.30 radələrində

Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdə dostları ilə çimən 32 yaşlı Şirvan şəhər sakini Şirinov Əlvan Mehman oğlu çayın bir sahilindən digər tərəfə keçərkən batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları meyitin axtarışlarını aparırlar.

Milli.Az