İsmayıllıda şahmat Olimpiadasının respublika birinciliyinin final mərhələsi keçirilib

22 İyul 2014 17:52

İsmayıllıda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının respublika birinciliyinin final mərhələsi keçirilib 
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının respublika birinciliyinin final mərhələsi keçirilib.

Ümümilikdə 66 şəhər və rayondan 590 idmançının qatıldığı yarışda müxtəlif yaş qrupları üzrə 30 şahmatçı mükafatçılar sırasına düşüb. Şahmatçıların mükafatlandırılmasında rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak edərək qalib gələn şahmatçıları təbrik ediblər. Hər iki qrupda qalib olan şahmatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Milli.Az