Ata-babalarımız həmişə at belində olub, ov ovlayıb quş quşlayıblar. Bu heyvanı özünə dost bilib, ona ailə üzvü kimi davranıb əvəzində də sədaqət görüblər. At həmişə qürur, fəxr simvolu sayılıb, sahibinin statusunu müəyyənləşdirib, böyük qəhrəmanların döyüş dostu olub. İndi dünyada at belində olmaq bir idman növünə çevrilib və insanlar öz "döyüş"lərini müxtəlif yarışlarda keçirirlər. Azərbaycan da bu böyük bayramdan kənarda qalmır. Atçılıq idmanımızın lideri Camal Rəhimovun hesabına. Pekin və London Olimpiadalarının iştirakçısı, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan gəncin adı bizlərə yaxşı tanışdır. Çünki atçılıq və Azərbaycan deyiləndə ağıla gələn ilk və bəlkə də yeganə şəxs məhz odur. Bu yazıda Camal Rəhimovu daha yaxından tanımağa çalışacağıq.Camal Rəhimov zirvə yürüşünə hazırdır