"Real Madrid" "bomba"nı partlatdı - RƏSMİ

22 İyul 2014 17:31

İspaniyanın "Real Madrid" klubu, nəhayət ki, öz istəyinə çatdı

Milli.Az "Real"ın rəsmi saytına istinadən xəbər verir ki, klub kolumbiyalı ulduz futbolçu Xames Rodriqeslə rəsmən müqavilə imzalayıb.

Klubun rəsmi saytında futbolçunun transfer dəyəri açıqlanmasa da, onunla 6 illik müqavilə bağlandığı haqda məlumat verilib.

Futbolçu bu axşam Bakı vaxtıyla saat 23:00-da "Santyaqo Bernabeu"da azarkeşlərə təqdim olunacaq.

Elşən
Milli.Az