Üç nəfər israillinin oğurlanaraq öldürülməsinə cavab olaraq rəsmi Təl-Əviv HƏMAS-a qarşı Qəzza bölgəsində geniş hərbi əməliyyatlara başlaması bütnü dünyada həyəcanla izlənilir. Yaranmış vəziyyət BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərini də narahat edib və onlar Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçiriblər. Dinc əhali arasında ölüm hallarının artmasından narahatlıq ifadə olunan toplantıda Şura üzvləri hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini önə çəkiblər. Yaxın Şərqdəki vəziyyət, o cümlədən Suriyada vətəndaş müharibəsi, İŞİD-in İraq şəhərlərini tutması, bu dövlət ərazisində 3 yeni dövlətin yaranma ehtimalı, İsrail tərəfindən Qəzzanın bombalanması və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.Elxan Şahinoğlu: "Səudiyyə Ərəbistanı və Qətər İŞİD-ə dəstək verməklə bölgədəki şiə zolağına güclü zərbə endirirlər"