"Gənclik qəzeti"nin budəfəki qonağı ssenarist, aktyor, həkim Kənan Yusifovdur. "Qaynana" serialında Potu, "Bir ailəm var" serialında Orxan kimi tanınan Kənan bizimlə söhbətində gənclərin incəsənətə olan marağından və bu gün ssenarist cəhətdən yaşanılan qıtlıqdan danışdı: "Ssenarist üçün təhsil və praktika vacibdir. Tək istedadla bu məsələlər həll olunmur. Mən də İncəsənət universitetində təhsil almamışam. Amma hər halda iş prosesində, kursda və işin bilicisi olan insanlarla çalışa-çalışa öyrənmişəm. Burda Türk rejissoru Cihanı Taşkının və Valeh Əhmədovun ssenarist kimi formalaşmağımda rollarını qeyd etməyi özümə borc bilirəm. İstedadlı olmaq olar amma texnikanı bilmək, öyrənmək vacibdir".Kənan Yusifov: "Efirə çıxan bəzi insanlar elə terminoloji sözlərlə danışırlar ki, tamaşaçı elə bilir hansısa professorun mühazirəsində oturub"







