Ədliyyə naziri Gülən hərəkatına qarşı əməliyyat barədə məlumatlandırılmayıb
22 İyul 2014 16:52
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağa Gülən hərəkatına qarşı keçirilən əməliyyat barədə məlumat verilməyib. Bunu nazir özü bəyan edib.
Bu barədə Trend "Haber7" telekanalına istinadən xəbər yayır.
Nazirin sözlərinə görə, Baş prokurorluq Ədliyyə Nazirliyindən xəbərsiz əməliyyat keçirir.
Bu gün Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Hazırda İstanbulda 200 ünvanda əməliyyat aparılır.
Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.
Milli.Az