Azərbaycanlı teleaparıcı: "Bu, o demək deyil ki biz onunla ailə həyatı quracağıq"
22 İyul 2014 16:48
Teleaparıcı Vüsalə Kərimovanın şəxsi həyatı haqqında bilmədikləriniz
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Space TV-də yayımlanan "Günaydın" verilişinin aparıcısı Vüsalə Kərimova ilk dəfə həyatındakı kişi haqqında danışıb:
"Hər bir adamın həyatında kimsə olur. Əgər kimsə deyirsə, həyatımda biri yoxdur, bu, ağ yalandır. Yalan danışmaq istəmirəm, həyatımda biri var. Amma bu, o demək deyil ki, biz onunla ailə həyatı quracağıq. İnsanlar ailə həyatı qurmaq üçün birlikdə olmur. Bir dəfə ailə həyatı qurduğum üçün başım daşa dəyib, ikinci dəfə bunu edəcək qədər "axmaq" biri deyiləm. Oğlumun 14 yaşı var, artıq qayınana olmaq istəyirəm. Sadəcə, bunu deyə bilərəm ki, çox xoşbəxtəm.
Bu arada, bu gün Milli mətbuat günüdür. Bütün həmkarlarımı təbrik edirəm". Milli.Az