Cənubi Koreyada qatarların toqquşması nəticəsində 70-dən artıq insan zərər çəkib
22 İyul 2014 15:48
Cənubi Koreyanın şərqində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı bir nəfər ölüb, 70 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" yerli polisə və tibb işçilərinə istinadən xəbər yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 17:51-də Seuldan 200 kilometrlik məsafədə iki stansiya arasındakı yolda baş verib.
Hadisənin təfərrüatları açıqlanmır.
Milli.Az