Bakıda uzun müddət yadda qalacaq festival - FOTO
22 İyul 2014 15:42
"Dreamexe Production" hər il keçirilən "CoolDance 2014" elektron musiqi festivalını bu dəfə "Karvan Palace Mardakan"da iyulun 26-da təqdim edəcək. Burada müxtəlif ölkələrdən gəlmiş 20 dj və Hollandiyadan xüsusi qonaq Quintino! olacaq.
Milli.Az xəbər verir ki, 12 saatlıq rəqs festivalı iki hissədən ibarətdir. Saat 16:00-dan 20:00-a qədər hovuz kənarında Pool party. Saat 20:00-dan 04:00-a qədər isə əsas səhnədə festivalın əsas hissəsi inanılmaz səs effektləri və 3D lazer şousu ilə davam edəcək.
Xatırladaq ki, əgər sizdə Tiesto-nun keçirilmiş konsertinə biletlər qalıbsa, onu CoolDance! festivalının biletləri ilə əvəzləyə bilərsiniz. Bir biletin əvəzində iki bilet alacaqsınız. Biletlər Cavanşir körpüsünün yaxınlığındakı "Present Shop"-da satılır və əvəzlənir.
Tədbir günündə biletlər dəyişdirilməyəcək. Bütün suallar üçün +994 51 416-39-06 nömrəsinə zəng vurun.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

