Tolikdən bayram təbriki
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, prodüser Tolik bu gün peşə bayramlarını qeyd edən 4-cü hakimiyyət, media nümayəndələrini İnstagram səhifəsində belə təbrik edib:
"Bu gün Milli mətbuat günüdür. Bəli, Azərbaycanda peşəkar jurnalistlər var. Amma onlarla bir yerdə müğənnidən 200 manat pul alıb, gözümüzü mazol edib, onlar haqqında şişirtmə xəbər yazanlar da var. Mən həmişə demişəm, bəzi jurnalistlər deməsin ki, biz kiminsə istəsək, ulduzun söndürə bilərik.
Vallah, bütün jurnalistlər yığılsa, mənim fəaliyyətimə pis təsir nədir heç zərər belə gətirə bilməz. Xalqın gözü tərəzidir, eşq olsun pula satılmayan, heç kimə yaltaqlanmayan yazarlara. Bayramınız mübarək".
Milli.Az