Yeni iPhone-da 13 meqapiksellik kamera olacaq

22 İyul 2014 18:11
Apple şirkətinin yeni iPhone 6 smartfonu Yaponiyanın Sony şirkətinin 13 meqapiksellik kamerası ilə təchiz ediləcək. Britaniyanın Digital Spy portalı yazıb ki, qurğunun fotomodulu Exmor IMX220 sensoru ilə təchiz ediləcək.

Portalın məlumatına görə, smartfon, çox güman ki, ən azı 2 QHs takt tezlikli ikinüvəli A8 prosessoru ilə təchiz ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfonda, həmçinin akkumulyatorun tutumu artırılacaq.

Cari ilin payızında Apple şirkətinin öz yeni smartfonlarını nümayiş etdirəcəyi gözlənilir.

iPhone 6 smartfonu sapfir kristallarının tətbiqi ilə yaradılmış sınmayan şüşə ilə təchiz ediləcək.

Milli.Az