Eksklüziv Volkswagen Golf - FOTO

22 İyul 2014 21:14
Populyar alman heçbeki altıncı nəsil Volkswagen Golf düzgün kökləndikdə kifayət qədər idman ambisiyalı eksklüziv avtomobilə çevrilə bilər. Burada öz həyatına adi seriya avtomobili kimi başlamış belə avtomobildən bəhs edilir. Heçbekin Aleks adlı sahibi effektli təkər diskləri və klirensin aşağı salınmasından istifadə edərək avtomobilini İndoneziyanın digər gənc sakinləri kimi ənənəvi Asiya üslubunda əlavələrlə işləyib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, qırmızı heçbekə qabaq splitter, yan ətəklər, arxa Platinium diffuzoru və həmçinin yük bölməsi qapağı üzərində Caractere şirkəti istehsalı olan spoyler idmançı görkəm verir. Salon Golf GTI modelindən alüminium pedallar və ötürücü qutu rıçaqı üçün karbon çərçivə əldə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.