Bu da yeni Skoda Fabia

22 İyul 2014 18:03
Çexiyanın avtomobil istehsalçısı "Skoda" yeni sitikar "Fabia"-nın ilk rəsmlərini təqdim edib. Onun dünya təqdimatı payızda Paris avtosalonunda olacaq. Təqdimata hələ çox var, ona görə də şirkət bütün sirrləri açmağa tələsmir, yalnız bir neçə fakt barədə məlumat verir.

Şirkətin məlumatına görə, yeni "Skoda Fabia" dizayn elementlərini "VisionC" konsept-karından mənimsəyəcək, yəni, "ekspressiv, müasir və dinamik" olacaq. Bundan əlavə, gələcək "Fabia" özündə şou-kar üslubu ifadə edəcək ilk avtomobil olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Skoda"da banı bir qədər dəyişmək qərarına gəliblər. Belə ki, yenilik daha "harmonik proporsiyalara" malik olacaq. İstehsalçının məlumatına görə, hetçbekin yeni nəsli 9 sm daha enli, 3 cm daha alçaq olacaq.

Avtomobilin uzunluğu barədə məlumat yoxdur. "Fabia"-nın dizaynı da dəyişəcək. İstehsalçı "fərdi tənzimlənmiş tamamilə yeni salon" vəd edir.

Milli.Az